Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən sağlam insanları bu qəbilədə yaşayır

Dünyanın ən sağlam insanları bu qəbilədə yaşayır

Tarix: 11 Iyul 2021 19:51

Amazon çöllərində yaşayan və dünyanın ən sağlam qəbiləsi olaraq tanınan Tsimane qəbiləsində yaşayan insanların beyin və ürəklərinin digər insanlara nisbətən daha sağlam olduğu ortaya çıxıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Nyu Meksiko Universitetinin araşdırmalarında qeyd olunub.

Boliviya Amazonundakı Maniqui çayı sahilində yaşayan, təxminən 16 min nəfər əhalisi olan Tsimane qəbiləsi ABŞ alimlərinin 2017-ci ildə apardığı araşdırmalarından sonra ən sağlam qəbilə adlandırılıb.

Yeni araşdırmalar nəticəsində bu qəbilənin daha bir qeyri-adi özəlliyi də ortaya çıxıb. Belə ki, modern cəmiyyətdən tamamən uzaq olan tsimanelər yaşlandıqca digər insanlara nisbətən beyin hüceyrələri daha yavaş azalmağa və kiçilməyə başlayır. Bu da onların daha sağlam və uzun yaşamalarına şərait yaradır.

Alimlər Tsimane qəbiləsinin sağlam və uzun yaşamalarının sirrinin onların çox hərəkət etməsi və daha çox lifli qidalar, balıq və yağsız ətlə qidalanmaları ilə əlaqəli olduğunu düşünürlər.


Etiketlər:  Dünyanın sağlam insanları qəbilədə yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ