Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 16:20
Müğənni Mətanət Əsədova səhhətində yaranan problemlərdən danışıb.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, o "Zaurla Günaydın" verilişində mövzu haqda bunları deyib:
"Səsim üçün ağlayıram. Bu səsdən yenə olsa, göz yaşı tökmərəm. Amma təkrar gəlməyəcək. Bir ildir ki, əzab çəkirəm . Hər xanım xoşbəxt olmağı, ailə səadətini istəyər. Allahdan onu diləmirəm. Deyirəm, canımı al, lakin səsimə dəymə. Uzun müddətdir, sanki ölmüşəm. Hətta demək istədiklərimi də yazırdım, səsim çıxmırdı. Zəng edənlərlə danışmırdım, kimsəni görmürdüm. Söyləyirdim ki, mənə dua edin. Neçə dəfə özümü öldürmək istəmişəm. Çoxmərtəbəli mərtəbəli binadan özümü atmağı planlamışam".