Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Tural Şıxızadə - VİDEO

Qəhrəman şəhidimiz Tural Şıxızadə - VİDEO

Tarix: 13 Iyul 2021 02:50

Sizə daha bir qəhrəmanımızı tanıdacağıq. Şəhid Tural Şıxızadə Ağdarə istiqamətində gedən qızğın döyüşlərdə düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində böyük rol oynayıb. O, ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Tural Şıxızadədir. 

Tural 2002-ci ilin may ayının 30-da İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açıb. Ailənin sonbeşiyi olan Tural məktəbi bitirdikdən sonra idmanla ciddi şəkildə məşğul olmağa başlayıb. Qol güləşi yarışlarında fəal iştirak edən Tural hər dəfə Fəxri fərman və medallarla təltif olunub. Hətta qol güləşi üzrə dəfələrlə respublika çempionu olub, beynəlxalq yarışlara dəvət alıb.

2020-ci ilin iyul ayında Tural Şıxızadə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabr ayının 27-də başlanan Vətən müharibəsinə qisas eşqi və torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə qatılıb. Qəhrəmanımız düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində böyük rol oynayıb.

Amansız döyüşlərin birində Turalın onunla bərabər döyüşən əsgərlərin sırasında olmadığına görə itkin və ya əsir düşdüyü güman edilib. Lakin 72 gündən sonra onun şəhidliyə qovuşması xəbəri dəqiqləşib. Şəhidimiz Diyallı kəndində torpağa tapşırılıb. O, ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.


Etiketlər:  Qəhrəman şəhidimiz Tural Şıxızadə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ