Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdoçularımız Macarıstanda məşq keçiblər

Cüdoçularımız Macarıstanda məşq keçiblər

Tarix: 9 Avqust 2019 20:00

Bakı. Trend:

Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplantısında olublar.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə bildirilib ki, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb. Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak edib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempioanatı avqustun 25-dən sentyabrın 2-dək Tokio şəhərində olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Cüdoçularımız Macarıstanda məşq keçiblər


RƏYLƏR