Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 20:12
Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib.
Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.
Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin