Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 22:03
Spiral uşaqlıq yoluna yerləşdirilən, adətən T formasında olan, hamiləlikdən qorunmaq vasitəsidir. Spiral spermaların canlılığını itirir və yumurtalıq kanalına girməsinin qarşısını alır. Tətbiq olunan andan qorumağa başlayır və çıxarıldığında isə təsirini itirir. Qoruma müddəti 5-10 il arasında dəyişir. Qoruyuculuğunu itirməməsi üçün 5 ildən bir yenilənməlidir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, qoruma effekti yüksək olsa da bəzən bununla belə qadınların hamilə qalması mümkündür. Hər üsulda olduğu kimi spiral da 100 faizlik effekt vermir.
Nə zaman taxılır?
Spiral yeni doğum edən və uşağına süd verən qadınlara doğumdan 40 gün sonra taxıla bilər. Hamilə olmayan qadınlarda isə adətən menstruasiyaya yaxın və ya qanamanın azaldığı, ancaq bitmədiyi zamanda taxılır.
Spiralı kimlər istifadə edə bilər?
Cinsi yolla yoluxucu xəstəliyi, uşaqlıq yolunda infeksiyası olmayan, uzun müddət hamilə qalmaq istəməyən qadınlara taxılır. 5 il müddətliyinə qoyulsa da, istənilən zaman çıxartmaq mümkündür.
Ancaq hamiləlik şübhəsi olanlar, immun sistemi zəif, bəzi maddələrə qarşı allergiyası, uşaqlıq xərçəngi şübhəsi olanlara, menstruasiya zamanı çox ağrı çəkən qadınlara spiral taxmağa qəti şəkildə icazə verilmir.
Spiral qoyduran xanımlarda hansı şikayətlər ola bilər?
Bu prosedurdan sonra əzələ ağrısı olması mümkündür. Keçici ağrılar bir neçə ay davam etsə də, sonra yox olur.
Spiralın əks göstərişləri varmı?
Bəzi xəstələrdə qanaxma və menstruasiya ağrısının artması, vaginal axıntı və ya infeksiya müşahidə edilə bilər. Adətən bu hallar spiral çıxarıldıqdan sonra davam etmir.
Spiral qoyulduğu zaman bunlar müşahidə olunarsa həkiminizə təcili müraciət etməlisiniz:
Menstruasiya gecikərsə
Qanaxma şiddətlənərsə
Bilinməyən yüksək qızdırma və titrəmə
Pis qoxulu axıntı
Cinsi münasibət zaman spiral hiss edilərsə.