Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 20:14
Bakıda əcnəbinin 8 min dollar dəyərində əşyaları oğurlanıb.
Sonxeber.net ''Qafqazinfo''ya istinadən xəbər verir ki, hadisə iyulun 12-də Səbail rayonu ərazisində baş verib.
Belə ki, xarici vətəndaş polisə müraciət edərək özünə məxsus 8 min ABŞ dolları dəyərində qol saatının, mobil telefon və idman ayaqqabısının oğurlandığını bildirib.
Oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Həsənov saxlanılıb.