Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 22:33
"Əgər insan maskasızdırsa, onun koronavirusun "Delta" ştammına yoluxma ehtimalı iki dəfə artır".
Sonxeber.net xəbər verir ki, bunu biologiya elmləri doktoru, Novosibirsk Dövlət Universitetinin Bionanotexnologiya, Mikrobiologiya və Virologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib.
"Vəziyyət ümumilikdə belədir, koronavirusun əvvəlki variantında reproduktiv rəqəm ortalama təxminən üç idisə, "Delta"da təxminən beşdir. Ona görə də o, sürətlə yayılır", - deyə Netesov bildirib.
O bildirib ki, adi variantdan "Delta" variantını fərqləndirən əsas şey məhz budur.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib. (publika.az)