Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 12:40
Müxtəlif şüarlarla ölümə çağırş edən sürücülər saxlanıb. Onlar haqqında inzibati qaydada tədbirlər görülüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı digər sürücülərə də xəbərdarlıq edib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, "Təhlükəli sürürsə, sən də sür", "sürətli sür, gənc öl, qoy cəsədin yaraşıqlı olsun!".
Bəzi sürücülər avtomobilinin arxa şüşəsinə bu kimi yazılar yazaraq təhlükəli çağırışlar edirlər.
Sosial şəbəkələrdə böyük rezonans doğuran bu şüarlarla bağlı dövlət yol polisi tərəfindən araşdırma aparılıb. Məlum olub ki avtomoblinin arxasına "Sürətli sür, gənc öl, qoy cəsədin yaraşıqlı olsun!" şüarını yazan sürücü Tovuz rayon sakini İlqar Yusifov olub.Artıq həmin sürücü haqqında inzibati qaydada tədbir görülüb.
Avtomobilinin arxa şüşəsinə "Təhlükəli sürürsə, sən də sür" şüarı yazan sürücü isə Bakı şəhər sakini Anar Muradovdur. Anar Muradov saxlanılan zaman hərəkətinin digərlərinə pis nümunə olduğunu anladığını deyərək həmin yazını sildiyini bildirdi.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə belə sürücülərə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.Baş ispektor gəncləri avtomobillərinin şüşələrinə bu tipli xoşagəlməz şüarları yazdırmamağa çağırıb..Çünki ölkəmizin gələcəyi hesab olunana gənclər nümunəvi addımları ilə seçilməlidirlər.
Yol polisindən o da bildirilib ki, Anar Muradov haqqında da inzibati qaydada tədbir görülüb.