Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tofiq Yaqublunun ev dustaqlığı ləğv edildi

Tofiq Yaqublunun ev dustaqlığı ləğv edildi

Tarix: 15 Iyul 2021 18:03

Bu gün Bakı Apellyasiya Məhkəməsində siyasətçi Tofiq Yaqublunun ittiham olunduğu cinayət işi üzrə qərar elan olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, T.Yaqublunun qızı Nigar Həzi bildirib ki, atasına 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilib.

İttihama görə, ötən il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

2020-ci il sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra sentyabrın 18-də ev dustaqlığına buraxılıb.

Milli.Az


Etiketlər:  Tofiq Yaqublunun ev dustaqlığı ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ