Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 20:24
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim yığmanın üzvü Hakan Çalhanoğlunun "Milan"dan "İnter"ə keçidi və Türkiyə millisinin Avro-2020-dəki çıxışı barədə danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 67yaşlı mütəxəssis deyib:
"Hakanın bir Milan komandasından digərinə keçməsinə təəccüblənmədim. O, "İnter"ə keçməklə zirvədə qalmaq istədi. Nəticədə öz taleyinə yenə də özü qərar verdi. Hakan Çalhanoğlu və Kristian Eriksen bənzər futbolçulardır. Hakan İtaliyada öz oyununu inkişaf etdirdi. Buna görə də "İnter" onu transfer etməklə Eriksenin boşluğunu doldurdu. Millinin Avro-2020-dəki çıxışına görə isə Hakanı günahlandırmaq olmaz. Çünki futbol fərdi idman növü deyil. Yəni, bu, Hakanın qiymətini aşağı düşürmür.".
Qeyd edək ki, Türkiyə Avro-2020-ni A qrupunda 0 xalla başa vurub. Yarışın çempionu isə Türkiyə ilə eyni qrupda mübarizə aparan İtaliya olub.