Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 10:36
Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” heyətinə yeni futbolçlar cəlb etmək üçün fəal çalışmaları davam etdirir.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu ən azı iki əcnəbi oyunçu – qapıçı və mərkəz yarımmüdafiəçisi almaq istəyir. Bundan başqa, bir mərkəz müdafiəçisinin transfer ediləcəyi də gündəmdədir.
Xatırladaq ki, bu yay “Qarabağ” Xayme Romero ("Kordoba", İspaniya), Ailton Silva ("Ştutqart", Almaniya: icarəyə), Rerrars Faysal ("Bezye", Fransa) və Maqaye Qeyeni ("Osmanlıspor", Türkiyə) heyətinə cəlb edib.
Hazırda Qurban Qurbanovun komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yarışır.