Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metrosunda relslərin üzərinə düşən gəncin adı məlum olub

Bakı metrosunda relslərin üzərinə düşən gəncin adı məlum olub

Tarix: 15 Iyul 2021 21:58

Metronun "Ulduz" stansiyasında relslərin üzərinə düşən şəxsin kimliyi aydın olub.

Milli.Az "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu 23 yaşlı Şahlar Həsənovdur.

Onun relslərin üzərinə ehtiyatsızlıqdan və yaxud bilərəkdən yıxılması hələ dəqiqləşməyib.

Yıxılan zaman gənc müxtəlif xəsarətlər alıb və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra qatarların hərəkətində 11 dəqiqəlik gecikmə baş verib. Hazırda qatarların hərəkəti bərpa olunub. 

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakı metrosunda relslərin üzərinə düşən gəncin adı məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ