Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 11:09
Ermənistan deyəsən vətən müharibəsindən və müharibədən sonra keçirilən anti-terror əməliyyatlarından bir nəticə çıxarmır. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının nəzarət etdiyi ərazidə baş verən hadisələr bunu deməyə əsas verir. Mövqelərimizin Ermənistan tərəfindən atəşə tutulması onların təxribat məqsədi güddüklərini göstərir. Mövzunu millət vəkili Arzu Nağıyev və hərbi ekspert Ruslan Imanquliyev şərh edib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, son günlər Şuşa, Naxçıvan və Tovuzda baş verən hadisələr onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti qəsdən vəziyyəti gərginləşdirmək istəyir. Ancaq bu addımın atılması onlar üçün pis nəticələr verə bilər.
Millət vəkili Arzu Nağıyev deyir ki, Qarabağda baş verən hadisələr və Azərbaycan mövqelərinə atəşin açılması Paşinyan hakimiyyətinin əsl məqsədinin nədən ibarət olduğunu açıq-aydın göstərir.
Ermənistan sərhəddə vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımları atmağa təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır.
Hərbi ekspert Ruslan İmanquliyev isə hesab edir ki, Ermənistan Vətən müharibəsinin nəticələrindən dərs çıxarmalı və müharibədən sonra keçirilmiş anti-terror əməliyyatlarını unutmamalıdır. Çünki sərhəddə baş verən hadisələr Azərbaycanı yenidən anti-terror əməliyyatları keçirməyə vadar edir.
Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu məsələ birbaşa Rusiya sülhməramlılarına qarşı yönəlib. Çünki Ermənistan bu təxribatlarla onların missiyasının uğursuz olmasına eyham vurur.