Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüstəmlə Ayselin toyu oldu - İkinci dəfə - VİDEO

Rüstəmlə Ayselin toyu oldu - İkinci dəfə - VİDEO

Tarix: 16 Iyul 2021 11:20

Model Rüstəm Cəbrayılov ikinci dəfə toy edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Rüstəm bildirib ki, toylara qoyulan yeni qaydalara görə bu addımı atmalı olub:

"Olmayanlara qismət. 40 gün 40 gecə toy buna deyirlər yəqin ki... Bu gün də toy məclisimdi, amma qohumlar arasında. 150 nəfərdən artıq dəvət edə bilmirəm, neyləmək olar" deyə, o, söyləyib.

Qeyd edək ki, model bir neçə gün əvvəl də toy etmişdi. Həmin məclisdə sənət adamları, cütlüyün dostları yer alıb.

Rüstəm Aysel adlı xanımla ailə qurub. Cütlüyün toyu ötən il pandemiyaya görə təxirə düşmüşdü.

Milli.Az


Etiketlər:  Rüstəmlə Ayselin toyu oldu İkinci dəfə VİDEO


RƏYLƏR