Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 12:33
Ermənistanda hakimiyyətdə olan, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" hərəkatından olan deputatların maaşları artırılıb.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, deputatların yeni qərarına görə, onlar hər ay əlavə olaraq 200 min dram (təqribən 684 manat) əlavə ödəniş alacaqlar.
Ermənistanda deputatın aylıq maaşı 500 min dram (1719 manat) təşkil edir.
Bununla yanaşı, daha bir qərarla Ermənistan Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən hərbçilər gündəlik ərzaq təminatından məhrum ediliblər.
Ermənistan ordusunda müqavilə əsasında qulluq edən hərbçilərin hər birinə əlavə ərzaq təminatı qismində büdcədən ayrılan vəsaitin aylıq məbləği 50 min dram idi.