Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 14:44
Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "Xalqın xidmətçisi" fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.
271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.
Qeyd edək ki, D. Monastırski daxili işlər naziri postunda Arsen Avakovu əvəzləyəcək.