Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədidə silah alverçisi ələ keçdi

Ağcabədidə silah alverçisi ələ keçdi

Tarix: 16 Iyul 2021 14:54

Ağcabədi rayonunda silah və narkotik satan şəxs yaxalanıb.

Milli.Az bildirir ki, iyunun 13-də Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hacıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobilə baxış zamanı "Makarov" markalı tapança və 100 qram heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Z.Hacıyevə tapançanı satmaqda şübhəli bilinən Ağcabədi sakini H.Qasımov da müəyyən edilərək saxlanılmış və ondan daha bir "Makarov" markalı tapança və 16 ədəd patron götürülüb.

H.Qasımovun ətrafında aparılmış tədbirlərlə onun "Makarov" markalı tapançanı və 2 ədəd patronu satmaq üçün başqa bir şəxsə verməsi də müəyyən edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Ağcabədidə silah alverçisi ələ keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ