Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 13:24
Bakı. Trend:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Azərsu”dan Trend-ə verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.
Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.
İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin