Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fikir bildirəndə də deyirlər ki, paxıllığımızı çəkirsən, qocalmısan, get otur evində..."

Tarix: 17 Iyul 2021 16:50

"Televiziyaların rəhbərləri buna görə narahat olmalıdır ki, tamaşaçısı yoxdur, insanlar onun kanalına baxmır. O, bu dərdi çəkməlidir. Mən niyə buna görə dərd çəkməliyəm ki"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sənətşünas alim, aktyor, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlili-Canzadə deyib. Aktyor onların vaxtında yaşlılara indiki kimi hörmətsizlik etmədiklərini bildirib:
  
"Əlibaba Məmmədova Allah can sağlığı versin. Müsabiqədə oxuya bilməyənlərə münsiflərin hər biri on qiymət verdi. Bundan sonra Əlibaba müəllim də dedi ki, "mənim bu dəqiqə onlara qiymət verməyimin heç bir əhəmiyyəti yoxdur". İndi mənim də televiziyalarımızdakı vəziyyətlə bağlı danışmağımın heç bir xeyri yoxdur. Oturmuşam evdə bunlardan öyrənirəm. Efirin nəyindən danışaq, heç nə düzəlməyib və düzəlməyəcək də. Televiziyaların rəhbərləri buna görə narahat olmalıdır ki, tamaşaçısı yoxdur, insanlar onun kanalına baxmır. O, bu dərdi çəkməlidir. Mən niyə buna görə dərd çəkməliyəm ki. Vaynerlər efirə gəlib çıxıb, belə şey olmaz axı. Fikir bildirəndə də deyirlər ki, paxıllığımızı çəkirsən, qocalmısan get otur evində. Bu,  cavanların hamısına aid deyil, çünki tənqid edəndə inciyirlər. Amma görürsən ki, bunlar meydan sulayacaq və biz də baxacağıq. Amma o vaxt belə deyildi. Biz yaşlı adamlara qarşı bu cür hərəkətlər etməmişik, yalandan üzünə gülüb, arxada ayağının altını qazmamışıq. Allah hamısının canın sağ eləsin, görünür hamısı ilahinin qismətidir. Mən deməklə, dava etməklə heç nə düzəlmir. Rasim Balayev və digər sənətkarlarımız tənqid etdi və nə xeyri oldu ki? Düzünü desəm, üzümə qayıdacaqlar və ona görə oturmuşam da evimdə, nəyimə lazımdı. Bizim teatrşunaslar, kinoşunaslar var və əgər onlar danışmırsa, hərçənd ki, mən də aliməm, danışmağa ixtiyarım var. Əgər sənətşunaslar bunu yazmırsa, onda Mədəniyyət və İncəsənət Universiteti niyə bu qədər televiziyaşunaslar buraxır. Bunun nə mənası var, pivə satmağa göndərir onları? İndi hamısı deyir ki, ancaq pul gəlsin. 
 
Bunlar "18+"u söyüş ediblər. Elə bilirlər ki, "18+" oldusa, söyüş olur. Amma hansı ki, bu mövzu kateqoriyasıdır. Televiziya "18+" yazıb söyüşü efirə buraxır. Ona görə bütün bunları deməyin heç bir mənası yoxdur. Dağ başında günəşik, 5-6 ildən sonra olmayacağıq və onu da bunlarla davayla keçirmək istəmirəm. Çünki öləndə də deyəcəklər ki, canımız qurtardı. Bu qədər aktyorlarımız öldü və görün heç yada salan oldumu?".

Milli.Az


Etiketlər:  Fikir bildirəndə deyirlər ki paxıllığımızı çəkirsən qocalmısan get otur evində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ