Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 21:51
Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydən əvvəl bu, ürək-damar sistemi xəstəliklərindən, xüsusən də hipertoniyadan əziyyət çəkən insanlara aiddir.
Sonxeber.net xəbər verir ki, bu barədə rusiyalı kardioloq Darya Volkova "360" televiziya kanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan insanlar dərmanları qəbul etməyə davam etməlidir:
"Dərman qəbul etmələrinə baxmayaraq, təzyiq yüksəlirsə, təcili yardım üçün başqa preparatlar var. Həddindən artıq istidirsə və təzyiq qalxıbsa, sərin və yaxşı havalandırılan bir otağa getmək lazımdır. Hətta sinənizi və ayaqlarınızı soyuq su ilə yuya bilərsiniz. Burnunuzdan dərin nəfəs alın, bunun üçün xüsusi tənəffüs məşqləri də var. Bu, damarların rahatlamasına və təzyiqin azalmasına kömək edir".
Həddən artıq isti havada günvurma riski var. Üstəlik, günvurma zamanı təzyiq yüksəlmir, əksinə, düşür. İnsanda taxikardiya, başgicəllənmə və qusma inkişaf edə bilər. Bu cür simptomlar müşahidə olunursa, təcili olaraq sərinləmək və mümkün qədər çox su içmək lazımdır.
Bundan əlavə, mütəxəssis hipertoniya xəstələrinə yalnız günortaya qədər günəş vannası qəbul etməyi və 12:00-dan 16:00-a qədər kölgədə qalmağı məsləhət görür. İstilərdə bütün insanlar üçün standart olan ümumi profilaktika qaydalarına riayət etməlisiniz.
Gündə ən az 2 litr su içməlisiniz. Açıq havada günəş işığı altında olmaqdan çəkinin. Gündüzlər küçədə kölgəli yerlər seçin və şlyapa taxmağı unutmayın. (publika.az)