Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 09:18
Menecer Özgür Aras Nurseli İdizi məhkəməyə verib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, buna səbəb müğənni-aktrisanın bir televiziya verilişində onun ünvanına "gey" və "saxta insan" deməsi olub.
Məhkəməyə təqdim edilən ərizədə "Özgür Arasın cinsiyyətini təhqir edib. Nurseli İdizin bu sözləri Özgür Arasın ruh halına pis təsir edib. Buna görə də menecer qarşı tərəfə 5 min lirəlik təzminat davası açıb" sözləri yer alıb.
Özgür Aras əldə edəcəyi pulu Ömürlük Əlillər Dərnəyinə bağışlayacaq.
İddialara cavab verən Nurseli İdiz əslində özünün hədəf alındığını, açıqlamasına görə təhqirlərə məruz qaldığını söyləyib.