Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kroos artıq ən yaxşı oyunçulardan deyil"

Tarix: 20 Iyul 2021 17:36

Məşhur almaniyalı sabiq futbolçu Lotar Matteus Avro-2020-dən sonra Almaniya millisindəki karyerasını bitirən Toni Kroos haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Kroosu tənqid edib:

"Kroosun oyun tərzini bəyənmirəm. Avro-2020 göstərdi ki, futbolda hər şey sürətdən asılı deyil. Top Kroosun ayağına gələndə bir neçə yaxşı hərəkət edə bilir. Amma Avro-2020-də gördük ki, Kroos topa sahib olanda komandanın oyununun sürətini zəiflədir. O, artıq lider və ən yaxşı səviyyəli futbolçulardan deyil. Ötən mövsüm də "Real"ın heyətində bir neçə matçda möhtəşəm oynadı. Amma sonradan ümumiyyətlə, görünmədi".

Milli.Az


Etiketlər:  Kroos artıq ən yaxşı oyunçulardan deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ