Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ev şəraitində ayaqlara qulluq

Ev şəraitində ayaqlara qulluq

Tarix: 21 Iyul 2021 18:45

Yorğun keçən iş gününü sonunda ayaq əzələləri gərginləşir, ağrılar və sancma yaranır.

Sonxeber.net axşam.az-a istinadən şəraitində ayaqlara düzgün qulluq metodlarını təqdim edir.

1. Pilinq edin

Ayaqlardakı yorğunluğu aradan qaldırmaq üçün masajla yanaşı pilinq də edin. Ayaq daşı və ya kisə vasitəsilə yumşaq toxunuşlarla ayaqları masaj edin. Bu üsul topuğunuzdakı çatları zamanla müalicə edəcək. Prosedurun sonunda ayaqlarınıza nəmləndirici krem çəkin.

2. Yürüş edin

Yumru daşların, ağac qabıqlarının, yarpaqların, otların üzərində çılpaq ayaqla gəzin. Bu sizə rahatlıq gətirəcək.

3. Tenis topu ilə masaj edin

Uzun və yorucu iş gününün sonunda ayaqlarınızdakı yorğunluğu aradan qaldırmaq üçün tennis topu əla vasitədir. Topuqdan irəliyə doğru topu hərəkət etdirin. Qan dövranını sürətləndirərək sizə rahatlıq gətirəcək, gərginliyi aradan qaldıracaq. Eyni zamanda damar tutulmalarının qarşısını alacaq.

4. Buz vannası

Topuqlarınız ağrıyır və ya şişibsə, dəsmalın içinə buz qoyun və 15 dəqiqə ayaqlarınızın üstündə və altında saxlayın.

5. Dırnaqları kəsin

Gün sonunda ayaq barmaqlarında ağrı hiss edirsinizsə, bunun səbəbi dırnaqlarınız ola bilər. Bu səbəbdən onları tutub uclarını düzəldin.

6. Banan maskası

Banan ayaqlardakı ağrını azaltmaqla yanaşı soyuqdəyməni də aradan qaldırır. Ayaqlarınızı isti suda saxlayın. Bir ayağınızı sudan çıxarıb banan əzməsi və ya qabığı ilə sarıyaraq 4 dəqiqə gözləyin. Durulayın və digər ayağınızda prosedura təkraralayın.


Etiketlər:  şəraitində ayaqlara qulluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ