Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2021 21:33
Əzələ-skelet ağrısı bədəndə D vitamini çatışmazlığının əsas əlamətlərindən biridir.
Sonxeber.net xəbər verir ki, bu sözləri həkim və televiziya aparıcısı Aleksandr Myasnikov söyləyib. O bildirib ki, bədən ağrısından əziyyət çəkən, lakin heç bir xəstəliyi olmayan insanların dərdi D vitamini çatışmazlığıdır:
"Bu insanlar mütləq D vitamini testi verməlidir. Vitaminin bədəndə ifraz olunmağa başlaması üçün saatlarla günəş vannası qəbul etmək lazım deyil. Maddə açıq havada olduğumuz zaman belə istehsal olunmağa başlayır. Günəşli havada D vitamininin yaranması 5-10 dəqiqə çəkir. D vitamini həm də dəniz məhsulları, yumurta və süddən əldə edilə bilər. Bədəndə bu elementin olmaması isə ciddi xəstəliklərə səbəb olur". (publika.az)