Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA bir sıra sahibkara startap sertifikatları verib

KOBİA bir sıra sahibkara startap sertifikatları verib

Tarix: 22 Iyul 2021 15:48

2021-ci ilin mayından bu günədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro və kiçik sahibkarlıq subyektlərinə yeddi startap sertifikatı verib.

Bu barədə Sonxeber.net-a agentlikdən bildiriblər.

Qeyd olunur ki, sertifikat almış subyektlər üç il müddətinə innovativ fəaliyyətdən əldə olunan mənfəət vergisi və gəlir vergisindən azad olunur. Sertifikat, həmçinin gəlirləri layihələrin təkmilləşdirilməsi və inkişafına yönəltməyə imkan verəcək: "Startap sertifikatlar həm də yerli və xarici investorların layihəyə marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır. Bu günədək agentlik aqraq sektorda innovasiyalar, maliyyə texnologiyalar, logistika xidmətləri, elektron kommersiya və onlayn platformalar kimi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə sertifikatlar verib".

Agentlikdən, həmçinin bildiriblər ki, ildə iki dəfə keçirilən qrant müsabiqəsi çərçivəsində təhsil, elm, tədqiqatlar sahəsində layihələr maliyyələşdirilir.


Etiketlər:  KOBİA sıra sahibkara startap sertifikatları verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ