Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2021 19:55
76 yaşlı müğənni Hakki Bulut gənc həmkarı Reynmenin onun musiqisindən icazəsiz istifadə etdiyi bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bununla bağlı yerli qəzetlərdən birinə açıqlama verib:
"Popçudur yoxsa, rokçudur, Reynmen adlı biri var. Çox yaxşı, insanlar da sevir, bir gün albomuna baxdım və mənim musiqimi ora əlavə etdiyini gördüm. 35 il əvvəl bəstələdiyim "Kızlar" adlı mahnım var. Reynmen mahnının musiqisini götürüb üstünə başqa sözlərlə yeni bəstə yazıb. Bir də klip çəkib. Yanına dostunu (Lil Bege) alaraq ərəb şeyxləri kimi geyinib, başlarını sarıyıb, mənim mahnımla rəqs ediblər. Mənə heç xəbər də verilməyib. Onu sevənlərin çox olduğunu görüb, onları kədərləndirməmək üçün məhkəməyə vermədim, amma MESAM qurumuna müraciət etmişəm. Bəlkə də onun bundan xəbəri olmayıb, aranjıman edən də mən fərqinə varmaram deyə düşünüb".
Müğənni öncədən ona xəbər verilsə və ya xahiş edilsəydi razılıq verəcəyini deyərək artıq Reymənin işinin çətin olduğunu vurğulayıb.