Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2019 13:20
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Ule-Qunnar Sulşeri əmin edib ki, komanda daxilində problem yaratmayacaq.
Qol.az xəbər verir ki, bu haqda “Mirror” nəşri məlumat yayıb.
Bu yay Poqba “Mançester Yunayted”i tərk edərək “Real” və ya “Yuventus”a keçmək istəsə də, klub rəhbərliyi onu satmayıb. Bu səbəbdən Sulşer Poqbanın komanda daxilində mühiti korlaya biləcəyindən ehtiyat edib. Buna görə də o, fransalı futbolçu ilə bir neçə dəfə açıq söhbət edib.
Poqba norveçli mütəxəssisə vəd edib ki, bu mövsüm “Mançester Yunayted”in uğurları üçün əlindən gələni edəcək və daxili mühitin pozulmasına yönələn addım atmayacaq. Futbolçu həmçinin klubun onu satmaq istəməməsi barədə qərarına hörmətlə yanaşdığını deyib. Bildirilir ki, bu söhbətdən sonra Sulşer kapitanlığa əsas namizəd kimi görür.
Qeyd edək ki, komandanın hazırkı kapitanı müdafiəçi Eşli Yanqdır.