Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 10:42
14 qız sahibi 29 yaşlı Latın Amerikalı Avqustina İqera əri Xoseyə oğlan uşağı verənə kimi hamilə qalıb doğmağı qarşısına məqsəd qoyub.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, qadın bundan sonra 10 dənə də qızı olsa, oğlan olmayana kimi dayanmayacağını bildirir.
Hazırda 14 uşağı olan ailə gündə cəmi 3 saat yatır, qalan saatları uşaqlara sərf edir. Ana uşaqlara gündə 9 dəfə yemək hazırlayır.
Böyük qızlarının 14 yaşı var, kiçik qızları 6 aylıqdır.
Uşaqlardan 4-ü əvvəlki nikahdan, 10-u isə ikinci əri Xose ilə nikahındandır. Avqustina ilk dəfə 15 yaşında hamilə qalıb.
Həkimlər cütlüyün aktivliyindən heyrətə düşüb, onların 3 dəfə əkizləri olub.
Cütlük hələ də oğlan arzusundadırlar.