Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 12:34
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 460 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 398 081, xəstəlikdən ölənlərin sayı isə 5 656 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 370 565 nəfərin sağaldığı bildirilir.