Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 16:42
Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur.
Bu barədə Sonxeber.net-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.
Məlumatda qeyd olunub ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırıb.