Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 14:02
Koronavirusa yoluxan türkiyəli aktrisa Tuba Büyüküstün 4 gün xəstəxanada müalicə alıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə kino ulduzu instaqramda məlumat verib.
Aktrisa bildirib ki, artıq evə buraxılıb: "İndi özümü kifayət qədər yaxşı hiss edirəm, səhhətim barədə sizi məlumatlandırmağa davam edəcəyəm".
Qeyd edək ki, aktrisa Murad Bozla "Another Self" adlı serialda baş rola çəkilir. Tubanın koronavirusa yoluxma səbəbindən çəkilişlər yarımçıq qalıb.