Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-nin qərbini su basıb: sakinlər kütləvi təxliyə olunur

ABŞ-nin qərbini su basıb: sakinlər kütləvi təxliyə olunur

Tarix: 11 Dekabr 2025 16:56

ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatının bir hissəsinin əhalisə leysan yağışların yaratdığı güclü daşqınlar səbəbindən təxliyə olunmaq əmr olunub.

Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Bob Ferqyuson bəyan edib.

“Skagit dairəsində yüz ildən bir baş verən daşqın zonasına düşən bütün sakinlər üçün təxliyə əmri verilib”, – o, "X" sosial şəbəkəsində yazıb.

Qubernator neçə nəfərin dərhal evlərini tərk etməli olduğunu dəqiqləşdirməyib. Açıq mənbələrə görə, Skagit dairəsində 130 mindən çox insan yaşayır.

Ümumilikdə, leysan yağışlar səbəbindən Aydaho, Vaşinqton və Oreqon kimi şimal-qərb ştatlarında 9 milyondan çox sakin daşqın riski ilə üzləşə bilər.

Bazar ertəsindən etibarən bəzi yerlərdə artıq 200 mm-ə qədər yağıntı düşüb, yaxın günlərdə daha bir o qədər yağıntı gözlənilir. Məsələn, Vaşinqton ştatında dekabr ayı üçün orta yağıntı norması 146 mm, Oreqonda isə 179 mm təşkil edir.


Etiketlər:  ABŞ qərbini basıb sakinlər kütləvi təxliyə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ