Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buffon DÇ-2022-də oynamaq istəyir

Buffon DÇ-2022-də oynamaq istəyir

Tarix: 25 Iyul 2021 16:58

"Parma"nın qapıçısı Canluici Buffon 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında oynamaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millinin sabiq üzvü "La Gazetta dello Sport"a açıqlamasında bu barədə deyib:

"Mançini Avropa çempionatında fövqəladə bir şey etdi. Ona 43 yaşımda belə, "Mən buradayam, mənə zəng et" deməyi dayandırmayacağam. Dünya kuboku ilə bağlı xəyal qura bilərəm. Düzdür, demək olar ki, Mançini mənə zəng etməyəcək. Çünki öz komandası var. Amma qarşıda dünya çempionatının olduğunu düşünmək mənə kifayətdir".

Qeyd edək ki, Buffon 1997-2018-ci illərdə İtaliya millisində çıxış edib. O, 2006-cı ildə milli komanda ilə dünya çempionu olub.

Milli.Az


Etiketlər:  Buffon 2022 oynamaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ