Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vitamin arıqlamağa kömək edir

Bu vitamin arıqlamağa kömək edir

Tarix: 25 Iyul 2021 17:48

D vitamininin faydalarından səhərə qədər danışmaq olar: kalsiumun mənimsənilməsinə kömək edir, hormonları tənzimləyir, sümükləri möhkəmləndirir və bütün immun sistemini yaxşılaşdırır, əlavə olaraq depressiyanın inkişaf riskini də azaldır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, alimlər D vitamini səviyyələri ilə artıq çəki arasındakı mümkün əlaqəni araşdırıb. Məlum olub ki, çəki problemi həm də D vitamini çatışmazlığı ilə əlaqədardır. Bir insanın çəkisi nə qədər çox olarsa, bir o qədər "günəş" vitamini tələb olunur.

D vitamini qəbul etmək çəkinin kəskin şəkildə azalmasına səbəb olmayacaq, lakin ümumi sağlamlığa kömək edəcək və istədiyiniz çəkini qoruyacaq. Eyni zamanda, D vitamini bədəndəki yağ hüceyrələrinin yığılmasına mane olur. Son araşdırmaların nəticələrinə görə, bu bioloji aktiv maddəni 12 həftə qəbul etdikdən sonra bədən piylənməsində azalma baş verir.

D vitamini çatışmazlığının əlamətləri

Yorğunluğun artması

Depressiv vəziyyətlər

Ani sümük və əzələ ağrısı

Əzələ zəifliyi

Tel: 050 202 88 87
Ad - 00:29
Keçid
Optimal Sərfəlidir
Əzələ spazmları

Saç tökülməsi

Əlbəttə bu əlamətlər digər vitamin çatışmazlığı və sağlamlıq problemlərinə də xasdır. İstnilən halda simptomlardan birini uzun müddət müşahidə edirsinizsə, həkimə müraciət etməyiniz tövsiyə olunur.

D vitamini heç vaxt yetərli deyil: xüsusən də yayda səviyyəsini artırmaq üçün əlverişli fürsətdən istifadə etmək asandır. Daha çox günəşdə olun, günəş işığı dəri tərəfindən əmilir və D vitamininə çevrilir.

Pəhrizinizi nəzərdən keçirin: yağlı balıqlar (skumbriya, qızılbalıq, ton balığı), süd məhsulları, yumurta sarısı və göbələk D vitamin ehtiyatlarını artırmağa kömək edəcək. D vitamini əlavəsinin praktik olaraq heç bir dadı yoxdur, odur ki, onu qəbul etmək çətin olmayacaq.

Təəssüf ki, D vitamininin özü arıqlamağa kömək etməyəcək, ancaq ümumi sağlamlıq üçün çox fayda gətirəcək. İdman və düzgün qidalanma sayəsində ideal bədən quruluşuna sahib ola biləcəksiniz.


Etiketlər:  vitamin arıqlamağa kömək edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ