Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün 2345 nəfər toylara buraxılmadı

Ötən gün 2345 nəfər toylara buraxılmadı

Tarix: 26 Iyul 2021 12:56

İyulun 25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 292 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, monitorinq 204 şadlıq sarayında, 88 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;

- 132 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 6 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;

- 2345 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Ötən gün 2345 nəfər toylara buraxılmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ