Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsmayıllıda bir gündə iki intihar hadisəsi baş verib

İsmayıllıda bir gündə iki intihar hadisəsi baş verib

Tarix: 26 Iyul 2021 13:20

İsmayıllı rayonunda iki intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Topçu kənd sakini 1950-ci il təvəllüdlü Mirzəyeva Gülnar Əhmədağa qızı yaşadığı evdə özünü kəndirlə asıb.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Rayonun İvanovka kənd sakini, 1973-cü il təvəllüdlü Tatlıyev Viktor Viktoroviç də özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün İsmayıllı rayon morquna aparılıb.

Hər iki faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Etiketlər:  İsmayıllıda bir gündə iki intihar hadisəsi baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ