Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtkin düşən yeniyetmə tapılıb

İtkin düşən yeniyetmə tapılıb

Tarix: 26 Iyul 2021 20:44

20:42

Mingəçevirdə itkin düşən yeniyetmə tapılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, 13 yaşlı şəhər sakini Famil Müqabil oğlu Amanov Kür çayı sahilində sağ-salamat tapılaraq ailəsinə təhvil verilib.

---------

18:01

Mingəçevirdə uşaq itkin düşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, 13 yaşlı şəhər sakini Amanov Famil Müqabil oğlu bağlar yaşayış massivlərindəki 9-cu küçədəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Məlumata görə, onun evdən necə çıxmasından valideynlərinin xəbəri olmayıb.

Uşağın ailəsi bununla bağlı şəhər Polis Şöbəsinə müraciət edib.

Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.

Famili görüb tanıyanlardan Mingəçevir şəhər Polis Şöbəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə məlumat vermələri xahiş olunur.


Etiketlər:  İtkin düşən yeniyetmə tapılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ