Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 23:52
"Suzuki" və "Toyota" şirkətləri birgə elektrikli avtomobillər istehsal edəcəklər. Artıq bunun üçün müştərək müəssisə yaradılıb.
"Toyota" ötən gün sövdələşmənin bəzi detallarını təsdiq edən informasiya dərc edib. Məlumata görə, "Suzuki" və "Daihatsu" birgə müəssisədə digər maraqlı tərəflərlə, o cümlədən "Isuzu"yla birgə 10 %-lik pay sahibi olacaqlar. Əsas səhm paketi isə "Toyota"da olmaqla 60 % təşkil edəcək.
Qeyd edilir ki, "Suzuki" və "Toyota" aparıcı təhlükəsizlik texnologiyaları ilə təchiz olunan kompakt avtomobillər yaratmalıdırlar. İstehsalçılar həm də elektrikləşmə texnologiyalarından istifadə sahəsində əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, daha əvvəl "Suzuki" 2025-ci ilə Hindistan bazarına elektromobil çıxarmaq niyyətində olduğunu bəyan edib.