Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 08:28
Premyer Liqanın vitse-çempionu "Qarabağ" bu gün növbəti sınağına çıxacaq.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Aşdod"la görüşəcək.
Bakıda rəqibinin müqavimətini qıra bilməyən Qurban Qurbanovun yetirmələri İsraildə qələbə qazanmağa çalışacaq. Heyətlə bağlı ciddi problemləri olan təmsilçimiz son 7 ildə olduğu kimi yenə qrupda oynamaq üçün ilk addımı atmalıdır.
Avrokuboklar tarixində ilk qələbəsini İsraildə əldə edən "Qarabağ" bu ölkəyə yenə ümidli yollanıb. Səfər qələbəsi son illərdəki uğurunu təkrarlaması üçün vacibdir.
Qeyd edək ki, "Aşdod" - "Qarabağ" cütünün qalibi III təsnifat mərhələsində AEL (Kipr) - "Vlajniya" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Novak Simoviç (Serbiya)
Aşdod. "Jabotinski" stadionu
İlk oyun - 0:0