Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Adam 100 qram arağa görə elə arvadı boşayar?''- ''Təhminə''nin Spartakı

''Adam 100 qram arağa görə elə arvadı boşayar?''- ''Təhminə''nin Spartakı

Tarix: 29 Iyul 2021 13:55

"Haqqımda çox şayiələr yayılıb. Bir müddət neçə il burda olmadım. Haqqımda gah yayıldı, dünyasını dəyişib. gah da dedilər Türkiyədə dəri satır. Bu peşənin xüsusiyyətləridir, olmalıdır".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Füzuli Hüseynov "Kinomən" verilişində deyib. Aktyor illər əvvəl yaradıcılığına fasilə verdiyi ərəfədə haqqında çıxan şayiələrdən danışıb.

"Yad qızı" tamaşasındakı obrazından danışan F.Hüseynov "Tənqid edənlər çox olurdu. Bir dəfə Şəkidə biri lap kökündən vurdu: deyir ki, adam 100 qram arağa görə elə arvadı boşayar? Mənfi obrazlar çox təhlükəlidir. İnsanlar ona uyğun sənə münasibət bəsləyirlər. Normal yanaşmaq lazımdır" sözlərini söyləyib.

F.Hüseynov teatrlardakı intriqalardan bəhs edib:

"Bunlar boş şeydir. Hər bir kollektivdə intriqa, dedi-qodu var. Teatrlar üzdədir deyə şişirdilir. Nə qədər ki, kollektiv var, bunlar inkişaf edəcəklər. Hazırda teatrda, televiziyada olanlar boz rəngdir. Efiri açırsan, bilirsən ki, nədən danışılacaq. Teatr, televiziya, film o vaxt maraqlı olur ki, eşitmədiyini görəsən. Müasir film, teatr dedikdə nə qədər açılan qapılar var. Müharibədən 1 il ötür. Bu qələbəni, gözəlliyi, yardımı əks etdirmək olar. Bir uşağı qoyub evdə gediblər. Niyə bunu götürüb ekranlaşdırmırsınız? Nə qədər məişət mövzusu var... Birinin övladı narkotik aludəçisidir. Götürün bu ssenariləri".


Etiketlər:  Adam qram arağa görə elə arvadı boşayar Təhminənin Spartakı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ