Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2021 12:45
"Həyat çox gözəldir! Yaradanın yaratdığı hər şey çox gözeldir... Yaşa dolduqca öyrəndim ki, gözəl olan hər şeyi məhv eden təkcə bir şey var, o da insan".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Sənətçi Türkiyədə baş verən meşə yanğınlarından bəhs edib.
"İnsanlıq imtahanını insanla verir. Başımıza gələn hər müsibətə, xəstəliklərə çəmkirib düşmən olmayın. Pis olan onlar deyil, çünki onların ürəyi yoxdur. Pis olan, ürəyi, ağlı, şüuru, nəfsi, arzusu, dili olan insandır. Kaş ki, göz yaşlarımız yanğını söndürə bilsəydi" deyə İ.İbrahimova sözlərinə əlavə edib.