Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan Azərbaycanın köməyindən danışdı

Ərdoğan Azərbaycanın köməyindən danışdı

Tarix: 31 Iyul 2021 22:30

Ərdoğan yanğının söndürülməsində Azərbaycandan cəlb olunan təyyarələrin köməyindən danışdı

"Azərbaycanın köməyi ilə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb".

"Anadolu" Agentliyinin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.

O, təyyarə ilə bağlı problemlərin əsas səbəbi kimi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsini göstərib.

"Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb", - deyə o əlavə edib.

Türkiyə prezidenti təcrübə və ehtiyaclara uyğun olaraq meşə yanğın söndürmə donanmasını gücləndirməyə davam edəcəklərini bildirib.

Milli.Az


Etiketlər:  Ərdoğan Azərbaycanın köməyindən danışdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ