Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çəkini azaltmaq üçün pomidor, alma və yerkökü şirəsindən istifadə etmək yaxşı səmərə verir

Çəkini azaltmaq üçün pomidor, alma və yerkökü şirəsindən istifadə etmək yaxşı səmərə verir

Tarix: 31 Iyul 2021 23:57

Artıq çəkidən xilas olmaq bəzən çətinliklə başa gəlir. Yağlı yeməklər orqanizmdə mənfi təsir göstərir, həmçinin ağır qidalar immuniteti zəiflədir, təzyiqi və qanda qlükozanı artırır. Ona görə də mütəxəssislər fasilələrlə qidalanmağı məsləhət görürlər, həmçinin acılı, müxtəlif ədviyyatlı yeməklərin və turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "Çəki atmaq üçün üç şirədən istifadə etmək xüsusilə yaxşı səmərə verir. Pomidor şirəsinin 100 qramında 18, alma şirəsinin 100 qramında 50, yerkökü şirəsinin 100 qramında 48 kalori var. Həmin şirələri qəbul edərkən həm rejimə düşmək olur, həmçinin orqanizmdən artıq toksinlər xaric edilir".

Onun dediyinə görə, əvvəlcə ağır karbohidratlı qidalar mümkün qədər rasiondan çıxarılmalıdır. Həzm sistemini yaxşılaşdıran yeməklərə üstünlük vermək, yağlı xörəklərdən imtina etmək tövsiyə olunur. Lifli qidalar da maddələr mübadiləsinin sürətləndirilməsinə kömək edir, əks halda həzm sisteminin fəaliyyəti pozula bilər: "Hər səhər bir dilim çörək üzərinə kəsmik yaxıb yemək və ya salatlarla qidalanmaq lazımdır. Günorta daha çox soyutma yeməklərə üstünlük verilməlidir, axşam isə balıq, göbələk, yanında isə çoxlu salatlar yemək daha yaxşıdır".

Mütəxəssislər deyirlər ki, yeməyin yaxşı həzm olması üçün piyada gəzmək, yuxu rejiminə düzgün əməl etmək lazımdır.


Etiketlər:  Çəkini azaltmaq üçün pomidor alma yerkökü şirəsindən istifadə etmək yaxşı səmərə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ