Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fidan əkməkdənsə, evi yananlara yardım göstərməyi təklif etdi - FOTO

Fidan əkməkdənsə, evi yananlara yardım göstərməyi təklif etdi - FOTO

Tarix: 1 Avqust 2021 18:52

Türkiyədə günlərdir davam edən yanğınlarla yanaşı içlərində məşhur simaların da olduğu vətəndaşlar məhv olan meşələri yenidən bərpa etmək üçün "Tema Vakfı"na ianələr edərək fidan əkmə kompaniyasına qoşulub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, məşhur aktrisa Burcu Biricik mövzu ilə bağlı paylaşım edərək insanları yanğından zərər görən əhaliyə yardıma yönləndirilməli olduğunu diqqətə çatdırıb:

"Baxın dostlar, "Tema" da daxil olmaqla hər hansı bir fidan ianəsi kampaniyası həqiqətən mənasızdır. Zəhmət olmasa, enerjinizi bunları paylaşmağa deyil, bölgədə yanan evlərin sahiblərinə, ehtiyacı olanlara yardım çatdırmağa sərf edin.
Meşələr yenidən fidan tikməklə qoruna bilməz. O ərazinin özü-özünün bərpa etməsini gözləyəcəyik. Tək qalıcı həll yolu budur. O bölgəyə bina da, fidan da tikdirməməliyik.

Bu keçən həftə Sinopda çəkdiyim fotodur. Buraxın, meşə özü-özünü bərpa etsin. Öz toxumlanmasını aparıb, düzələcək. İllər alacaq, amma üsul budur. Heç birimiz təbiətdən daha güclü, daha doğru deyilik.

Hər kəsin artıq cibindən çıxa biləcək son 3-5 lirə yardım fidan üçün deyil, yanğından sonra evlərini itirən insanların ehtiyacları üçün istifadə olunsa, əcəba?"


Etiketlər:  Fidan əkməkdənsə yananlara yardım göstərməyi təklif etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ