Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Van vilayəti 2 dəfə selə məruz qalıb

Türkiyənin Van vilayəti 2 dəfə selə məruz qalıb

Tarix: 1 Avqust 2021 20:28

Türkiyənin Van vilayətinin Başkkale qəsəbəsində dünəndən başlayaraq ikinci dəfə sel fəlakəti yaşanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, iyulun 28-dən Vanda aramsız yağışlar selə səbəb olub.

Ətraf mühit və şəhərsalma naziri Murat Kurum sel sularından Başkale qəsəbəsində 8 evin uçduğunu, 30-dan çox evin ciddi zərərə məruz qaldığını bildirib.

Meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, Vandakı sel fəlakətindən heyvandarlıq təsərrüfatı zərər çəkən vətəndaşlara, eləcə də digər zərərçəkənlərə dəymiş zərər ödənəcək

Qeyd edək ki, selin apardığı qardaşını axtaran gənc qız da sel sularında boğulub, yaxınlarının köməyilə onu son anda xilas etmək mümkün olub.

Hidrometeoroloqlar Vanda yağıntılı hava şəraitinin bu gün də davam edəcəyini bildiriblər.


Etiketlər:  Türkiyənin vilayəti dəfə selə məruz qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ