Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Limfa sistemini təmizləmək üçün 4 yol - Zəhərlərdən qurtul!

Limfa sistemini təmizləmək üçün 4 yol - Zəhərlərdən qurtul!

Tarix: 1 Avqust 2021 23:00

İnsanın damar sistemi kimi şəbəkəli və vacib sistemlərindən biri də limfalardır. Limfa düyünləri orqanizmdə baş verən hər bir dəyişikliyə həssasdır.

Bir çox insanlarda bu sistem normal işləmir. Çünki limfalar dolub, tutulur.
Limfalar orqanizmdən toksini, zəhəri, lazımsız maddələri qovub çıxaran bir sistemdir.

Sonxeber.net xəbər verir ki, bir çox səbəblərdən limfa sistemi toksinlərlə dola bilər.

1. Zərərli vərdişlər, qeyri-sağlam həyat tərzi

Oturaq iş, az hərtəkət, çox yemək, siqaret çəkmək, zərərli, hazır qidalar, soyuq su, içki və s. Eləcə də az təmiz su içmək, kimyəvi maddələrlə bol yuyucu vasitələr, bədən geli və s. istifadə etmək, sintetik geyimlər də limfaları tutur.

Bəs limfa sistemini təmizləmək üçün nə etməli:

1. Polister, sintetik, neylon geyimlərdən, xüsusən alt geyimindən uzaq durun. Kətan, pambıq, yun, ipək kimi materiallara üstünlük verin ki, dəri nəfəs alsın. çünki limfa sistemi dəri vasitəsilə toksinləri çıxarır

2. Mənşəyi bilinməyən, kimyəvi qatqılı krem, losyon, maye sabun, gellərdən istifadə etməyin. Bədəni daimi olaraq təmiz yağlarla nəmləndirin

3. Gündə 2 litr təmiz su için

4. Müntəzəm olaraq piyada gəzmək, yüngül idman və masajla məşğul olun ki, limfa sistemi hərəkətli olsun. /medicina.az


Etiketlər:  Limfa sistemini təmizləmək üçün Zəhərlərdən qurtul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ