Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 02:04
Bir zamanlar kasıb bir ailədən olan sadə bir qız ağlına da gəlməzdi ki, nə vaxtsa ən çox tələb olunan modelə çevriləcək.
Sonxeber.net qərb mediasına istinadən bir çox jurnalların ulduzu Xloya Xanın etiraflarını təqdim edir. 1991-ci ildə İngiltərənin Vakefield şəhərində anadan olan gözəl hazırda bir neçə ölkədə ev, qəşəng malikanə və villalara sahibdir. Vaxtını da daha çox Dubayda keçirir. Həyatına həsəd aparmaq olar: lüks, bahalı avtomobillər, şəxsi təyyarələr, ən məşhur markaların əşyaları, yaxtalar.
Uğur hekayəsi 2010-cu ildə qatıldığı məşhur X-Factor şousu ilə başlayıb. İnadkar qız, səsi və istedadı ilə hakimləri fəth etmək niyyətində idi, amma buna müvəffəq olmur. Lakin hakimlərdən birinin sayəsində yenə də növbəti mərhələyə keçir. Daha sonra alkoqol və narkotikdan istifadə etdiyi üçün layihədən uzaqlaşdırılır. Bu da onu usandırmır. Modelliyə başlayır. Eyni zamanda plastik əməliyyat keçirir, görünüşünü kökündən dəyişir və özünü Kim Kardaşyana bənzədir. Hazırda isə 58 yaşlı milyonçu Con Qrey ilə yaşayır. Və onun sayəsində də rəqs klubları şəbəkəsinin sahibi üzü olaraq milyonlarına milyonlar qatır.
Kamran Seyidov