Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2021 10:48
Ötən həftə ərzində (26-30 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 74,84 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,3 dollar və ya 4,6% çoxdur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, həftə ərzində ən yüksək göstərici (V gün) - 75,86 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 74,16 dollar səviyyəsində olub.