Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: ''Aslansın'' - VİDEO

Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: ''Aslansın'' - VİDEO

Tarix: 2 Avqust 2021 11:58

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdiyi fədakarlıq qardaş ölkənin mediasının da diqqətindədir.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Fövqəladə Hallar Nazirliyinə məxsus "Amfibiya" təyyarəsinin yanğınsöndürmə işlərində fəal iştirak etdiyi müşahidə olunur. Pilotumuzun yerə yaxınlaşaraq, suyu alovun üzərinə dəqiq boşaltması türklərin alqışını qazanıb.

Qeyd edək ki, bəzi hallarda pilotlar yanğına bu qədər yaxınlaşmağa cəsarət etmirlər. Onlar təhlükə ilə üzləşməmək üçün suyu alovun üzərinə yuxarı məsafədə boşaldırlar ki, bu da səmərəli nəticə vermir.


Etiketlər:  Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi Aslansın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ